» » » ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-nin geri qaytarılmasıAzərbaycan vətəndaşlarına ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır. ƏDV-nin geri qaytarılması

Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılmasına başlanılacaq.

Bu barədə Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, hələ ki, Əlavə Dəyər Vergisinin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: “İlk öncə qaydalar təsdiq edilməlidir”.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, Əlavə Dəyər Vergisinin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: “Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra Əlavə Dəyər Vergisinin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin geri qaytarılması