» » » ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı təsdiq edilib

ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı təsdiq edilib.

işçi qrupları tərkibi Koronavirus

“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1656-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu  il  28  avqust  tarixli  825   nömrəli   Fərmanının   1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 Bakı şəhəri, 31 mart 2020-ci il

№ 121

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 31 mart
tarixli 121 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin
 Siyahısı
XİF MN üzrə

kodlar

Ehtiyat hissələrinin adı
8424 90 000 0 Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların və ya digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və

səpələyənlərin hissələri

8431 39 000 0 Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün

işlənmiş yükləyici qurğuların və digər yükləyici qurğuların hissələri

8432 90 000 0 Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının hissələri (qazon və idman meydançaları üçün katokların hissələri istisna

olmaqla)

8433 90 000 0 Pres toplayıcılar, saman və ya quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşınlar və ya mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlən- məsi və ya kalibrlənməsi üçün maşınların

hissələri (qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla)

8434 90 000 0 Sağıcı qurğuların və aparatların hissələri
8436 91 000 0 Quşçuluq avadanlığının və ya inkubatorların və bruderlərin ehtiyat hissələri
8436 99 000 0 Mexaniki və ya qızdırıcı qurğulu toxumların cücərdilməsi üçün digər avadanlıqlar da daxil olmaqla, kənd təsərrüfatı, bağçılıq, meşə

təsərrüfatı qurğularının ehtiyat hissələri

8437 90 000 0 Toxum,    taxıl    və    ya    quru    paxlalı    bitkilərin

təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların ehtiyat hissələri

8431 49 800 0 Yalnız kənd təsərrüfatında istifadə olunan mini

buldozerli ekskavatorun hissələri

8716 90 100 0 Kənd    təsərrüfatı    üçün    özüyüklənən    və    ya

özüboşalan     qoşquların     və     yarımqoşquların şassiləri

8716 90 300 0 Kənd    təsərrüfatı    üçün    özüyüklənən    və    ya özüboşalan     qoşquların     və     yarımqoşquların

kuzovları

8716 90 500 0 Kənd    təsərrüfatı    üçün    özüyüklənən    və    ya özüboşalan qoşquların və yarımqoşquların oxları
8716 90 900 0 Kənd    təsərrüfatı    üçün    özüyüklənən    və    ya

özüboşalan qoşquların və yarımqoşquların digər hissələri

8408 20 310 0 Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olmayan daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər)
8408 20 350 0 Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olan, lakin 100 kVt-dan çox olmayan

daxiliyanma        mühərrikləri        (dizellər         və yarımdizellər)

8408 20 370 0 Təkərli kənd təsərrüfatı traktorları üçün 100 kVt- dan çox olan daxiliyanma mühərrikləri (dizellər və

yarımdizellər)

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun