ƏDV-dən azad edilmiş məhsullar sadələşdirilmiş vergiyə cəlb edilir?
Sual: Bildiyimiz kimi, Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışı 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdir.
Bunun ilə əlaqədar olaraq birinci sualım ondan ibarətdir ki, “A” müəssisəsi çörək istehsal edir və istehsal etdiyi çörəyin əhaliyə satılması üçün mağazalara göndərir. Bu halda “A” müəssisəsi ƏDV-dən azaddır. Əgər “A” müəssisəsi istehsal etdiyi çörəyi öz mağazasında satarsa bu halda ƏDV-dən azaddırmı?
İkinci sualım ondan ibarətdir ki, “A” müəssisəsi sadələşdirilmiş vergi ödəyicisi olduğu halda müəssisə sadələşdirilmiş vergidən azaddırmı?
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Cavab: Bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı Vergi Məcəlləsinin müddəalarına əsasən 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Qeyd olunan maddəyə əsasən çörəyin pərakəndə satışı da ƏDV-dən azad edilir. Çörəyin satışının sadələşdirilmiş vergidən azad olunması isə Vergi Məcəlləsində nəzərdə tutulmur, sadələşdirilmiş vergi ödəyicisi çörəyin satışından əldə olunan vəsaiti ümumi qaydada vergiyə cəlb etməlidir.
Bax: Vergi Məcəlləsinin 164.1.27> və <219-cu maddələri.
Mənbə: taxes.gov.az