» » » Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə cavab verib

Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə cavab verib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı deputatların təklifinə münasibət bildirib.

Nazir ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, ali məktəb dərslikləri ilə bağlı vahid sifarişçinin olmadığını deyib.

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı, elmi ədəbiyyat da ola bilər.

Bu da ali məktəblər üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”,- M.Cabbarov əlavə edib.

Mənbə: report.az.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV