» » » Dünyanın müxtəlif ölkələrində ipoteka üzrə şərtlər

Dünyanın müxtəlif ölkələrində ipoteka üzrə şərtlər

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ipoteka üzrə şərtlərKeçmiş postsovet ölkələrinin əksəriyyətində ipoteka kreditlərinin faizləri yüksək olduğundan, mənzil almaq üçün müraciət edənlərin əksəriyyəti az qala bütün həyatları boyu (25-30 il ərzində) həmin kredit borclarını ödəməkdə davam edirlər. Bəs, dünyanın başqa ölkələrində ipoteka kreditlərinin şərtləri və faizləri necədir?

Yaponiya

Artıq bir neçə ildir ki, Yaponiya Bankı qısamüddətli faiz dərəcəsini dəyişməyərək 0,1% səviyyəsində saxlayır. Nəticədə, ipoteka dərəcələri digər ölkələrlə müqayisədə ən aşağıdır: sabit faiz dərəcəsi olan on illik kredit, 0,65% təşkil edə bilər, Yaponiyanın Sumitomo Mitsui Trust Bankı isə 0,53% faiz dərəcəsi təklif edir.

Almaniya

Əhali 2019-cu ildə ölkədə 10 illik ipotekanı 1% dərəcəsi ilə götürülə bilərdi. Lakin ilkin ödəniş mənzilin dəyərinin 50%-nə çatmalıdır, aylıq ödənişlər isə qazancın 35%-dən çox ola bilməz. Belə aşağı ipoteka ödənişlərinə baxmayaraq, almanların yalnız 46%-i ev sahibidir ki, bu da Aİ üzrə olan orta göstəricidən (69%) xeyli aşağıdır.

Fransa

Ölkənin mərkəzi bankının məlumatına görə, 2019-cu ilin iyun ayında Fransada ipoteka faizləri orta hesabla 1,23% təşkil edib. Ölkədəki bank mühiti son dərəcə rəqabətlidir, ona görə də kreditorlar gəlirli təkliflərlə müştəriləri cəlb etməyə çalışırlar.

Böyük Britaniya

Hazırda orta faiz dərəcələri 2 illik sabit faizli ipoteka üzrə 1,56%-dən 10 illik sabit faizli ipoteka üzrə 2,65%-ə qədər dəyişir.

Böyük Britaniyada, digər Aİ ölkələrində olduğu kimi, kreditlərin 2 növü var: üzən faiz dərəcəsi və müəyyən sayda sabit il ilə – bir qayda olaraq, iki ildən beşə ilə qədər, lakin, bu on illik müddətə də çata bilər.

ipoteka üzrə şərtlərİsveç

İpoteka illik 2,5-3,2 faizlə verilir. Xüsusilə maraqlıdır ki, yalnız 2016-cı ildə onun ödəniş müddəti 105 ilə endirilib. Ödəniş müddətinin bu cür uzadılması aylıq ödəniş məbləğinin kiçik paylara bölünməsinə imkan verir, düzdür, varislər kredit borcunu bağlamaq üçün çox vaxt evlərini satırlar.

Yunanıstan

2019-cu ilin iyun ayında ipoteka üzrə orta üzən faiz dərəcəsi 3,08% təşkil edib. Yunanıstan bankları çox sayda gecikdirilmiş kreditlər səbəbindən kredit verməkdən qorxurlar, buna görə faiz ötən illə müqayisədə artmışdır.

ABŞ

2019-cu ildə Amerikada orta ipoteka dərəcəsi on beş illik kredit üçün 3,12%, 30 ilə qədər kredit üçün isə 3,6% təşkil edib.

Avstraliya

Ölkənin dörd ən böyük kreditorundan daşınmaz əmlakın alınması üzrə orta faiz dərəcəsi 4,94% təşkil edir.

İpoteka kreditləri üzrə aşağı faiz dərəcələri, daha sərbəst kreditləşdirmə qaydaları və sağ mərkəzçi hökumətin sürpriz şəkildə yenidən seçilməsi, Avstraliyanın mənzil bazarında dirçəlişə səbəb olub.

Nigeriya

Digər ölkələr arasında ən yüksək ipoteka dərəcələrindən biri 30% təşkil edir ki, bu da yüksək inflyasiya ilə bağlıdır. Bununla belə, dövlət bankına gəlirlərinin kiçik bir hissəsini ödəyən vətəndaşlar Milli mənzil fondunun 9% dərəcəsinə iddia edə bilərlər.


Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt