» » » Dünyada ərzağın qiyməti rekord həddə bahalaşıb

Dünyada ərzağın qiyməti rekord həddə bahalaşıb

posted in: Xəbər | 0
birbank biznes

ərzağın qiymətiDünyada ərzaq rekord həddə bahalaşıb. Qidaların qiyməti 2014-cü ilin iyul ayından bəri maksimuma çatıb. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məruzəsində deyilir.

Qiymətlər artıq on aydır ki, ardıcıl yüksəlməkdədir. Mart ayında FAO indeksi 118,5 bəndə kimi yüksəlib ki, bu da fevral ayındakından 2,1 faiz çoxdur. Ən çox bitki yağları bahalaşıb. Mart ayında onun qiymət indeksi 8 faiz artıb və 2011-ci ilin iyun ayından bəri ən yüksək nöqtəyə çatıb.

Həmçinin süd və ət məhsullarının qiymətləri də əhəmiyyətli həddə (müvafiq olaraq, 3,9 və 2,3 faiz) yüksəlib ki, bu da pasxa bayramları ərəfəsində tələbatın sıçrayışı ilə izah olunur.

Fevral ayı ilə müqayisədə taxıl və şəkərin dəyəri isə bir qədər azalıb. Dünyada ən böyük ehtiyatlar üzündən və cari ilin yaxşı məhsulunun gözləntiləri səbəbindən ən çox buğdanın qiymətləri aşağı düşüb. Şəkər 4 faiz ucuzlaşıb, lakin onun qiyməti ötənilki qiymətlərdən 30 faiz yüksəkdir.

Rusiyada da ərzaqların qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 2021-ci ilin yanvar ayında 8,2 faizə kimi artıb. Ölkə bu göstəriciyə görə, Avropa Birliyini demək olar ki, 8 dəfə ötüb keçib. Belə ki, Avropa birliyində qidalarda 1,1 faiz artım müşahidə olunub.

Bundan bir qədər əvvəl Bloomberg, ərzaq qiymətlərinin artmasının vətəndaşların narazılığına və sosial gərginliyə səbəb ola biləcəyi ölkələri sadalamışdı. Həmin ölkələr sırasında Rusiya da vardır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun