» » » Dünya iqtisadiyyatının bərpası təhlükə altındadır

Dünya iqtisadiyyatının bərpası təhlükə altındadır

posted in: Xəbər | 0
birbank biznes

Dünya iqtisadiyyatının bərpası təhlükə altındadır

iqtisadiyyat iqtisadiDünya ölkələri, koronavirus əleyhinə peyvəndlərə qeyri-bərabər əlçatanlıq üzündən iki bloka ayrılıb, iyulun 27-də təqdim olunan dünya iqtisadiyyatının xülasəsində (World Economic Outlook) Beynəlxalq valyuta fondu (BVF) belə bəyan edib.

Dövlətlərin bir hissəsi xəstələnmə və yüksək ölüm halları ilə üzləşməkdə davam edəcəkdir. Digər tərəfdən, demək olar ki, bütün inkişaf etmiş iqtisadiyyatlara gəldikdə, vəziyyətin daha da normallaşacağına ümid etmək olar. Lakin, indi az sayda yeni infeksiya halları olan ölkələrdə də bərpa məsələsi təhlükə altına düşüb, çünki virus dünyanın digər hissələrində yenə də tüğyan etməkdədir, BVF qeyd edib.

Fond nəzərdə tutur ki, 2021-ci ildə dünya iqtisadiyyatı altı faizlik artım göstərəcək, 2022-ci ildə isə bu göstərici 4,9 faiz təşkil edəcək. Bu il üçün ümumi proqnoz BVF-nin əvvəlki qiymətləndirmələri ilə müqayisədə dəyişməz olaraq qalıb, lakin ayrı-ayrı ölkələr üzrə proqnoza yenidən baxılıb. Belə ki, Asiyada inkişaf etməkdə olan bazarlar üçün qiymətləndirmələr pis, inkişaf etmiş iqtisadiyyatlar üçün isə yaxşılığa doğru dəyişib ki, bu da pandemiya ilə vəziyyətin inkişafını əks etdirir. 2022-ci il üzrə proqnozun 0,5 faiz yaxşılaşması əsasən inkişaf etmiş ölkələrin, xüsusilə də ABŞ-ın perspektivləri ilə bağlıdır ki, bu da 2021-ci ilin ikinci yarısında əlavə fiskal dəstəyin gözlənilən tədbirlərini və bu dövlətlər qrupunda səhiyyə göstəricilərinin yaxşılaşlmasını əks etdirir.

Eyni zamanda BVF -nin proqnozlaşdırdığına görə, Rusiya iqtisadiyyatı 2021-ci ildə 4,4 faiz artacaq, yanvar ayında mütəxəssislər artımın üç faiz olacağını düşünürdülər. BVF bu il dünya iqtisadiyyatının resessiyadan sonra 5,6 faiz artacağını və bunun da son 80 ildə tənəzzüldən sonra ən yüksək bərpa tempi olacağını gözıəyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun