» » » Dövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

Dövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

gəlir vergisiDövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan işçilərin əməkhaqqından gəlir vergisinin tutulmasında ciddi güzəştlər müəyyənləşdirilib. Bu güzəştlər həmin sektorlarda muzdlu işçi kimi fəaliyyət göstərən təxminən 500 mindən artıq insanın gəlir vergisindən azad edilməsinə şərait yaradır.

Xatırladaq ki, Azərbaycanda sadə vətəndaşların böyük əksəriyyəti yalnız gəlir vergisinin ödəyicisidir. Məcəllədəki dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan və aylıq əməkhaqqı 8.000 manata qədər olan işçilər 7 il müddətinə gəlir vergisindən azad edilir. Həmin sektorlarda çalışan və 8.000 manatdan artıq əməkhaqqı alan işçilər isə həmin məbləğdən çox hissədən 14 faizlə gəlir vergisi ödəyirlər.


İcarayə verən kommunal xərclərə görə E-qaimə verməlidirmi?

Dəyişiklik bu sektorda əməkhaqqının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Bununla belə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə neft-qaz sahəsində və dövlət sektorunda çalışan işçilərə münasibətdə də əməkhaqqından gəlir vergisinin hesablanma qaydasında güzəştlər nəzərdə tutulur. Son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manata qaldırılıb. Əməkhaqqının məbləği 2.500 manatadək olduqda aylıq 200 manatdan yuxarı hissəsindən 14 faiz, 2.500 manatdan yuxarı olduqda isə 25 faiz dərəcə ilə vergi tutulur.

Beləliklə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə həm neft-qaz sahələrində, həm də dövlət müəssisələrində çalışan işçilər, o cümlədən dövlət qulluqçuları üçün də stimullaşdırıcı müddəalar nəzərdə tutulub.

MİSAL:
Məcəllənin 101.1 və 102.1.6-cı maddələrinə əsasən, hazırda 570 manat əməkhaqqı alan dövlət qulluqçusunun əməkhaqqından gəlir vergisi bu cür hesablanır:
570 – 200 = 370 x 14% = 51,8 manat.
Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.