» » » Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb

Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb

posted in: Xəbər | 0
birbank biznes

Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb

əməkhaqqıBu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 %-ni qadınlar təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, dövlət qulluqçularının 6,4 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,5 %-i 4-cü təsnifatı, 12,3 %-i 5-ci təsnifatı, 8,4 %-i 6-cı təsnifatı, 48,8 %-i 7-ci təsnifatı, 20,6 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,3 %-i 1 ilədək, 25,2 %-i 1 ildən 5 ilədək, 24,4 %-i 5 ildən 10 ilədək, 17,8 %-i 10 ildən 15 ilədək, 26,3 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,7 %-ni 25 yaşadək, 13,7 %-ni 25-29 yaşda, 16,8 %-ni 30-34 yaşda, 14,8 %-ni 35-39 yaşda, 12,3 %-ni 40-44 yaşda, 9,1 %-ni 45-49 yaşda, 8,7 %-ni 50-54 yaşda, 10,9 %-ni 55-59 yaşda, 9,2 %-ni 60-64 yaşda, 1,8 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 % artaraq 1 215,5 manat təşkil edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun