» » » Dividendlər nədir və onlar necə işləyir? (1-ci hissə)

Dividendlər nədir və onlar necə işləyir? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

dividendlər dividendSəhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Dividendlər nədir?

Dividendlər – bu, şirkətlərin mənfəətinin öz səhmdarlarına qaytarmağa qərar verdiyi hissəsidir. Bu, səhmdarın səhmləri satmaq zərurəti olmadan investisiyalardan pul qazanmaq üsullarından biridir. Dividendlər investorun səhmlərinin sayından asılı olaraq, aylıq, rüblük, yarım ildə bir dəfə və ya ildə bir dəfə ödənilə bilər. Məsələn, əgər dividendlər ildə 50 pens təşkil edirsə və siz 100 səhm sahibsinizsə, bu il siz 50 funt-sterlinq əldə edəcəksiniz.

Dividendlər səhmdarlar üçün cəlbedici stimuldur, onları sərmayə qoyduqları şirkətlərin gəlirli olduğuna və gələcəkdə qazanc əldə etmək üçün yaxşı fürsət olduğuna əmin edir. Bir çox ölkələrdə onlara xüsusi vergi statusu da verilir.

Heç də bütün şirkətlər dividendləri ödəmir, bəziləri mənfəəti yenidən biznesə sərmayə kimi yatırmağa üstünlük verirlər. Bu səbəbdən dividendlərin ödənişində maraqlı olan səhm sahibləri, dividend ödənişini təklif edən şirkətləri ağıllı şəkildə seçməlidirlər. Əgər investor fərdi səhmlərlə ticarət etmək istəmirsə, çoxsaylı müxtəlif səhmlərin olduğu və dividend ödəyən birja fonduna (ETF) investisiya etmək qərarına gələ bilər. Bu o deməkdir ki, onların yalnız bir sərmayəsi olacaq, lakin, dividendlərin əldə edilməsi üçün imkanı birdən çox olacaqdır.

Səhmlərə necə investisiya etmək barədə daha çox məlumat əldə edin

Əldə oluna biləcək müxtəlif dividend növləri mövcuddur. Adi dividendlərə əlavə olaraq, geniş yayılmayan xüsusi və imtiyazlı dividendlər də mövcuddur.

Xüsusi dividendlər adi dividendlər kimidir, çünki onlar da adi səhmlərlə ödənilir. Lakin, xüsusi dividendlər yalnız bir halda, əgər şirkət bir neçə il ərzində yığılan mənfəəti bölüşdürmək istəyirsə, o vaxt ödənilir. İmtiyazlı dividendlər – bu, “imtiyazlı” səhmlərə, yəni, istiqrazlara daha çox oxşayan və sabit dividend məbləğinə malik səhmləri olan səhmdarlara ödənilən dividendlərdir. Bunlar adi dividendlər qarşısında üstün mövqeyə malikdirlər.

Şirkətlərin əksəriyyəti dividendləri səhmdarın hesabına nağd şəkildə ödəsələr də, bəziləri dividendləri əmlak və ya səhm şəklində ödəməyə üstünlük verirlər.

Dividendlərin ödənilməsi barədə qərar şirkətlərin direktorlar şurası tərəfindən qəbul edilir və idarə olunur. Lakin, səhmdarlar dividendlərin elan vasitəsilə rəsmi şəkildə təsdiqlənməzdən əvvəl ödənilməsini təsdiq etməlidirlər. Dividendləri yalnız ödəniş vaxtında səhm sahibi olan investorlar ala bilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun