» » » Autstaffinq: sadə sözlərlə bu nə deməkdir? (4-cü hissə)

Autstaffinq: sadə sözlərlə bu nə deməkdir? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Hansı personalı ştatdan kənara çıxarmaq lazımdır

Autstaffinqdən istifadə etməklə hansı əməkdaşların işə götürülə biləcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bir qayda olaraq, aşağıdakı işçi kateqoriyalarını çıxarmaq daha sərfəlidir:

  • xətti personal. Məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə məşğul olan əsas işçi qüvvəsini çıxara bilərsiniz.
  • əcnəbi mütəxəssilər. Bu cür əməkdaşların işə götürülməsi prosesi olduqca çətin ola bilər və autstaffinq vəziyyətində sənədləşdirmə ilə bağlı bütün problemlər vasitəçi şirkətə gedəcək;
  • müvəqqəti ştat. Bu yolla siz ehtiyacınız olan işçiləri onlara işdən çıxma haqqı ödəmədən işə götürə bilərsiniz.

Siz bir nəfərdən başlayaraq, istədiyiniz adamı ştatdan kənara çıxara bilərsiniz. Bu halda ştatdankənar işçilərin maksimum sayı müəssisənin bütün mütəxəssislərinin sayından asılı olacaq (ştatdankənar işçilərin xüsusi çəkisi 10 faizə qədər olmalıdır, bu rəqəmdən artıq olarsa, müvafiq həmkarlar ittifaqının razılığı tələb olunur).


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Autstaffinq xidmətlərini kimlər göstərə bilər

2016-cı ilin əvvəlində əmək qanunvericiliyi bir sıra dəyişikliklərə məruz qalıb. Əgər əvvəllər istənilən bir şirkət icarə ilə bağlı kadrlarla təmin edə bilirdisə, indi onların sayı xeyli azalıb. Belə ki, hazırda yalnız akkreditasiyadan keçmiş şirkətlər autstaffinq xidmətləri göstərə bilər. Bunun üçün onlar nizamnamə kapitalının miqdarına, baş direktorun təhsili və iş təcrübəsinə, həmçinin bəzi digər nüanslara aid olan bir sıra qaydalara uyğun gəlməlidirlər.

Autstaffinq xidmətini necə sifariş etmək olar?

Əgər siz öz mütəxəssislərinizin bir hissəsini ştatdan kənara çıxarmaq istəyirsinizsə, onda çox müsbət rəylərə malik, bu sahədə sınanılmış bir şirkət tapmaq çox əhəmiyyətlidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun