» » » Dividendlər nədir və onlar necə işləyir? (2-ci hissə)

Dividendlər nədir və onlar necə işləyir? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

dividendlər dividendSəhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Şirkətlər niyə dividend ödəyirlər?

Şirkətlər müxtəlif səbəblərə görə, o cümlədən investorların cəlb edilməsi və saxlanması üçün dividendlər ödəyirlər. Onlar etibarlılığı və xoş niyyəti qoruyub saxlamağa kömək edə bilərlər – çünki bəzi şirkətlərin səhmlərə görə ödədikləri dividendlər,  rəqiblərin səhmlərə görə ödədikləri dividendlərlə müqayisədə daha sərfəli hesab edilə bilər.

Şirkət dividend ödəməyi dayandırdıqda, investorlar bunu biznesin problem içində olduğuna dair bir siqnal kimi görə bilərlər. Şirkət dividendləri azaltdıqda, bu, biznesin uzunmüddətli perspektivdə səhmdarların gəlirlərini artırmaq üçün başqa yollar axtardığını ifadə edə bilər. Digər tərəfdən, şirkət dividendlər ödədikdə, bu, onun mənfəət əldə etmək üçün başqa vasitələrinin olmadığını, ona görə də kapitalı yenidən investisiya etmədiyinə dəlalət edə bilər.

Dividendlərin əldə edilməsinə dair zəmanətin ölçülməsinin bir yolu dividendlərin ödənilməsinə gedən şirkətin mənfəətinin bir hissəsini yoxlamaq və ya ödəniş əmsalını təsdiq etməkdir. Bir şirkətin öz xalis gəlirinin yüksək faizindən dividend ödənişi üçün istifadə etməsi məqbul sayıla bilməz. Buna xəbərdarlıq əlaməti kimi baxmaq lazımdır; səhmlər problemlə üzləşə bilər.

Dividendlər səhmlərin qiymətinə necə təsir edir?

Bir şirkət dividendləri elan edərkən, gözlənilməz bir artım baş verərsə, səhmlərin qiyməti yüksələ bilər. Dividendlər ödənildikdən sonra, çox güman ki, səhmlərin qiyməti dividendlər ilə eyni miqdarda aşağı düşəcək. Həmçinin dividend ödənişlərinin rəqiblərin səhmlərinin qiymətlərinə təsir göstərməsi də mümkündür, çünki investorlar daha böyük dividendlərə can atırlar.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Emitent-şirkətlərinin səhmlərinin qiyməti böyüməyə meyl edəcəkdir, çünki dividendlərin əldə edilməsi perspektivindən investorlrın kefi kökdür və ehtimal ki, onlar ödəmədən əvvəl daha çox səhm almaq istəyirlər. Lakin, əgər bunun əvəzinə səhmlərin qiyməti aşağı düşərsə, bu o deməkdir ki, dividendləri ödəyən şirkət səhmdara ödəniş üçün mövcud ehtiyatlarından istifadə edir.

Dividend ödənişləri indekslərə də öz təsirini göstərir. Bu, indekslərin bir çox səhmlərdən ibarət olması ilə bağlıdır, buna görə şirkətin səhmlərinin qiyməti dividendlərin ödənilməsindən sonra düşdükdə, indeksin qiyməti də azalır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun