» » » Xarici şirkətdən dividend alan rezident nə qədər vergi ödəyir?

Xarici şirkətdən dividend alan rezident nə qədər vergi ödəyir?

posted in: Xəbər | 0

Dostum xarici şirkətdə səhmi olan Azərbaycan Respublikasının rezidentidir. Həmin şirkət 2026-cı ilin I yarımilliyi üzrə formalaşmış bölüşdürülməmiş mənfəətin səhmdarlar arasında bölüşdürülməsi barədə qərar qəbul edir və rezident şəxsə təqribən 2.700 ABŞ dolları məbləğində ödəniş həyata keçirir. Bu gəlir vergiyə necə cəlb olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcəsi ilə vergi tutulur. Qeyri-rezident şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN almalı və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 5 faiz dərəcəsi ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 149-cu maddələri

Biznes hesabi

Mənbə: vergiler.az

“Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları” dəyişib