Mühasibat uçotu ilə bağlı bəzi qanunlarda dəyişiklik edilib.
Teleqram kanalımıza üzv olun
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1411-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.1-ci maddədən “normativ” sözü çıxarılsın;
3.2. 4.4-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;
3.3. 8.1-1-ci maddəyə “subyektləri” sözündən sonra “(kredit təşkilatları istisna olmaqla)” sözləri əlavə edilsin.
Mənbə: president.az