» » » Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Dəfn üçün müavinətDəfn üçün müavinət

Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.
Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri — məbləğcə daha böyüyü ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə vəya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

Dəfn üçün müavinətin miqdarı

Dəfn üçün  müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən 120 manat müəyyənləşdirilmişdir.

Mənbə: www.sspf.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.