Vergilər Nazirliyi “Sıfır faiz (0%) dərəcə ilə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunma haqqında” sertifikatı elektron qaydada təqdim edəcək.
Bu, Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na etdiyi dəyişikliklərdə əksini tapıb.
Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi də Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmət növlərinin sırasına daxil edilib.
Mənbə: apa.az