“Vergi və maliyyə uçotu, qiymətləndirmə” mövzusunda seminar keçiriləcək.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə 2018-ci il 07 – 08 may /10 – 11 may tarixlərində saat 10:00-12.00 arası “Vergi və maliyyə uçotu, qiymətləndirmə” mövzusunda təlim keçiriləcək.
Təlim müstəqil audit şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən aparılacaq. Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır!
Təlimdə iştirak etmək üçün linkdən qeydiyyatdan keçmək lazımdır.
Son qeydiyyat tarixi 04 may 2018-ci ildir. Təlimin keçirildiyi ünvan: ASK ofisi, Akad. Həsən Əliyev küç., 57
Qeyd edək ki, Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitlərindən istifadə edə bilərsiniz.
«Turanbank» ASC
Kodu: 507462
VÖEN: 1300016391
Müxbir hesab: AZ26NABZ01350100000000027944
SWIFT: TURAAZ22.
“ASK Biznes Konsaltinq” MMC
Hesab: AZ57TURA40060013072400100944
VÖEN: 1502413761
Mənbə: ask.org.az