» » » Bu rayonlarda yaşayanlar Vergilər Naziri ilə görüşə biləcək

Bu rayonlarda yaşayanlar Vergilər Naziri ilə görüşə biləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 09 mart 2018-ci il tarixində saat 11:00-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında  (Ünvan: Yeni körpü, 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 05-08 mart 2018-ci il tarixlərində Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: www.taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az