» » » Bu ölkə mənfəət vergisini 5% azaldır

Bu ölkə mənfəət vergisini 5% azaldır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞ və Böyük Britaniya hökumətlərindən sonra Avstraliyanın da hakim dairələri iqtisadiyyatın artım tempini yüksəltmək və bunun üçün mənfəət vergisini azaltmaq planını gündəliyə gətirmişdir. Hökumət mənfəət vergisinin dərəcəsini 30 faizdən 2025-ci ilə qədər tədricən 25 faizə endirməyi planlaşdırır.

Parlamentin aşağı palatası hökumətin planını 71 səsə qarşı 75 səslə qəbul etmişdir. Lakin qanun layihəsinə Senatda o qədər də rəğbətlə yanaşmırlar.

Layihənin əleyhdarlarının rəyinə görə, belə bir addım atılsa, büdcə 65 milyard Avstraliya dolları (51 milyard ABŞ dolları) vəsait itirməli olacaq və büdcədə kəsir artacaq. Hələlik ölkə parlamenti illik gəliri 50 milyon Avstraliya dollarından (39,3 milyon ABŞ dolları) az olan şirkətlərin mənfəət vergisinin azaldılması barədə qanun qəbul etmişdir.

Maliyyə naziri Skott Morrison parlamenti mənfəət vergisini aşağı salmaq barədə qanun layihəsinə səs verməyə dəvət etmişdir. Onun sözlərinə görə, büdcə kəsirinin yüksək olmasına baxmayaraq, artıq Böyük Britaniya bu addımı atmışdır: “Vergi dərəcələrini yüksək saxlamaqla avstraliyalıları işə necə qəbul etməyi və onların əmək haqqını necə artırmağı təsəvvürümə gətirə bilmirəm”.

Mənbə: www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az