» » » Bu bəyannamə növü də təsdiqlənib

Bu bəyannamə növü də təsdiqlənib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bəyannaməÖdəmə mənbəyində tutulan vergi bəyannaməsi təsdiqlənib.

Ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər tərəfindən (bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrində göstərilmiş şəxslər, habelə yalnız daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri istisna olmaqla) tərtib və təqdim edilir.

Bəyannamənin “Göstəricilər” və “Güzəştlər və azadolmalar” sətrinin xanalarında “Vergi Məcəlləsinin 102.1-ci maddəsinə əsasən azadolma və güzəşt hüququna malik fiziki şəxslərə ödənilən gəlirlər (“Muzdlu işçilərə ödənilən gəlirlər istisna olmaqla)”, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, məhdud vergitutmanın və ya azadolmanın əvvəlcədən tətbiq edilməsi ilə əlaqədar azaldılan vergi məbləği” sətri də daxil olmaqla, sətirlərin xanalarında göstərilən azad olan və güzəşt verilən vergi məbləğlərinin cəmi əks etdirilməlidir.


Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları təsdiq edilib.

Bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edilməlidir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.