Əmək haqqı nədir?

posted in: Uncategorized | 0

Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bölgü münasibətlərinin həyata keçirilməsində əmək haqqının forma və sistemlərinin düzgün seçilib tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Sahibkarla muzdlu işçi arasındakı münasibətlər yalnız bazar sferası ilə məhdudlaşmır. İş qüvvəsinin dəyəri və yaxud əmək xidmətinin qiyməti həm əmək bazar,həm də müəssisə daxilində müəyyən edilir.Burada işçinin əmək fəaliyyəti,konkret əmək töhfələri, müvafiq əmək haqqı,əməyin ödənilməsi qaydasında qarşılıqlı şəkildə ölçülür. Həm əmək ölçüsü, həm də əməyin ödənilməsi ölçüsü,həm də əməyin ödənilməsi ölçüsü bir-birinə uyğunlaşdırılır.

İşçi qüvvəsi xərclərinin tərkibi aşağıdakılardır:

– Birbaşa əmək haqqı – Məzuniyyət xərcləri – Birdəfəlik mükafat

– Gəlirlərdə, mənfəətdə,iştiraka görə səhm gəlirləri – Qidalanma , geyim xərcləri – Sosial fondlara ayırmalar – İşçilərin sosial müdafiəsinə xərclər – Firmadaxili peşə hazırlığı və ixtisaslaşma ilə bağlı xərclər – Mədəni-məişət xidməti ilə bağlı xərclər

Bütün bu xərcləri müəssisə sahibkarı öz üzərinə götürür. Müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi,sərf edilmiş əməyin kəmiyyət və keyfiyyəindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydaları əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir.


Əmək haqqı forma və sistemlərinin seçilməsinə tələblər aşağıdakılardan ibarətdir:

– Əmək haqqı sistemi bir işçidə öz işini daim yaxşılaşdırmaq, işdə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır.

– Əmək haqqı sistemi sərf olunan əməklə onun nticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir.

– Əmək haqqı ilə əmək sərfi arasındakı əlaqənin hər bir işçi üçün əmək haqqı sistemi sadə halda qurulmalıdır.


İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardan ibarətdir:

– Əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi,hasilatın uçota alına bilinməsi – İş yerlərində əmək məhsuldarlığını , istehsal həcmini sürətlə artırmaq zərurəti

– İstehsal olunan məhsul həcminə fəhlənin fəal təsir edə bilmə imkanlığı – Məhsul istehsalında fəhlənin son əmək nəticələrində əks oluna bilməsi

– İş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən müvafiq əməyin təşkili səviyyəsinin olması.


Vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardan ibarətdir:

– Vaxtamuzdçu fəhlə tərəfindən işlənilmiş iş vaxtının uçota alınması və ona nəzarət

– İcra edilən işin məzmunu, fəhlələrin hüquq və vəzifələri dəqiq müəyyən edildikdə

– Mükafatlandırılan fəhlələr üçün xidmət normasının və say normativlərinin düzgün müəyyən edilməsi

– Fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi

– Mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi


Müstəqim və qeyri müstəqim əmək haqqı sistemləri.

Müstəqim işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir. İş qiyməti iki amildən , istehsal, yaxud vaxt normasındanvə müvafiq dərəcənin tarif maaşından asılıdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Fəhlənin əmək haqqı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.

Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxt normasına vurmaqla müəyyən edilir.

İq= Sm /İn    və ya İq =SmXVn ;

Burada: İq – məhsul vahidinin iş qiyməti;

Sm – müvafiq dərəcənin işəmuzd saatlıq maaşı; İn – istehsal norması

Vn – vaxt normasıdır.


Fəhlənin faktiki işəmuzd əmək haqqı müstəqim fərdi işəmuzd əmək ödənişində müxtəlif işlər üzrə belə müəyyən edilir:

İə.n. = İq x Vh

Burada, İə.n – ümumi işəmuzd əmək haqqı ; İq – görülmüş işlərin hər vahidinin qiyməti;

Vh – görülmüş işlərin hər növü üzrə faktiki hasilatdır.


Qeyri-müstəqim işəmuzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya onların istehsal etdiyi məhsulin miqdarından asılıdır. Bu sistem çox halda fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqının təşkilində tətbiq olunur. Avadanlıqların sazlayıcıları əsasən qeyri-müstəqim əmək haqqı sistemi üzrə əmək haqqı alırlar. Mütərəqqi-işəmuzd əmək haqqı sistemi

Mütərəqqi-işəmuzd əmək haqqı sistemində fəhlə müəyyən edilmiş çıxış (baza)norması daxilində müstəqim, dəyişilməz iş qiymətləri, çıxış (baza) normasından əlavə istehsal edilmiş məhsullar üçün işə artırılmış iş qiymətləri üzrə əmək haqqı alır. İşəmuzd- mütərəqqi əmək haqqı sistemində differensiallaşdırılmış iki cür iş qiymətləri – sabit və mütərəqqi artan iş qiymətləri tətbiq edilir. İşəmuzd-mütərəqqi əmək haqqı üzrə əlavə haqqı hesablamaq     üçün fəhlənin Müəyyən olunmuş ilk çıxış normadan artıq istehsal normasının yerinə yetirilmə faizini , faktiki işləmə vaxtını və qüvvədə olan şkalaya əsasən iş qiymətinin artma faizini bilmək lazımdır. Bütün işlər üzrə mütərəqqi iş qiymətləri üzrə ödənildikdə və şkalada normanın çıxış bazası 100% götürülmüş olarsa, fəhlənin əmək haqqı belə hesablanır:

Üə =İm.ə + İm.ə( N-Gb)\N x XQə Burada; Üə – mütərəqqi işəmuzd əmək haqqı;

İm.ə – aylıq müstəqim işəmuzd əmək haqqı; N – normaların yerinə yetirilmə faizi;

Gb –mütərəqqi əmək haqqı üçün çıxış bazası; Qə – iş qiymətlərinin artma əmsalı.

Əgər İm.ə = 84 manat, N =115%,Gb- 103%, Qə= 0,6 olarsa,

Üə = İm.ə.+ İm.ə(N-Gb)/N xXQə = 84 +84(115-103)/ 115x X0,6=84=5,26= 89,26 manat olar.

Mükafatlı-işəmuzd əmək haqqı sistemi

İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğ mükafat alır. Fəhlələrin mükafatlandırılması ay ərzindəki nəticələrə əsasən həyata keçirilir. İşə çıxmayan        fəhlələr qismən, ya da tamamilə mükafatdan məhrum dilitlər. Fəhlələrin mükafatlandırılması ayrı- ayrılıqda kəmiyyət və keyfiyyət göstəricisi və eyni zamanda hər iki göstəricisi üzrə birlikdə aparıla bilər. Fəhlənin işəmuzd- mükafatlı sistemdə ümumi qazancı aşağıdakı düsturla müəyyən edilir.

Üə.n= İə+ İə(M1 +M2 X M3 )/100

Burada, M1 – planın yerinə yetirilməsinə görə mükafatların faizi,

M2 – artıqlaması ilə yerinə yetirilmiş hər faizə düşən mükafatların faizi, M3 – istehsal planının artıqlanması ilə yerinə yetirilməsi faizidir.

Məsələn, fəhlə ay ərzində isyehsal normasını artıqlaması ilə yerinə yetirmişdir. O, müstəqim işəmuzd qiymətlə 90 manatlıq iş görmüşdür. Onun üçün planı yerinə yetirdiyinə görə 10% məbləğində və hər bir faiz üçün orta aylıq əmək haqqının 2%-i miqdarında mükafat təyin edilmişdir.Planın 105% yerinə yetirildiyini nəzərə alaraq, fəhlənin qazancı aşağıdakı kimi hesablanır:

Üə.n= İə+ İə((M1 +M2 X M3 )/100= 90+ 90(10=2X5)\100=108 manat Hər bir müəssisədə istehsalın konkret şəraitindən asılı olaraq mükafatlandırmanın

daha məqsədəuyğun göstəriciləri və şərtləri, mükafatın miqdarı seçilir,və bu yerli həmkarlar komitəsinin    razılığı     ilə    müəssisə     rəhbəri    tərəfindən    təsdiq    edilən mükafatlandırma haqqında əsasnaməyə daxil edilir.


Akkord işəmuzd əmək haqqı

Akkord əmək haqqı sistemi sənayedə qəzaların ləğvedilməsi , çox mühüm təmir işlərinin sürətləndirilməsi və taxirə salınması mümkün olmayan təcili işlərin yerinə yetirilməsi hallarında tətbiq olunur. Akkord əmək haqqı sistemi tikinti və nəqliyyat müəssisələrində daha geniş tətbiq edilir.

Akkord əmək haqqı sisteminin mahiyyəti ondadır ki, burada işin ödənişi hər bir istehsal əməliyyatı üçün deyil, bütünlüklə görülən iş kompleksinə görə müəyyən edilir.Bu halda konkret işə görə akkord ödənişinin ümumi miqdarı yalnız mövcud                                        vaxt normalarının və ümumi akkord tapşırığın daxilində oolan əməliyyatların hər birinin cəmlənməsi əsasında müəyyən edilir. Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərə daxil olan mövcud normalar və ayrı-ayrı iş qiymətləri əsas götürülür. Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi və vaxtından tez yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat əmək haqqına akkord naryadı üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatlandırma qaydaları üzrə verilir.


Əməyin ödənilməsinin vaxtamuzd sistemləri:

Vaxtamuzd əmək haqqı forması sadə və vaxtamuzd-mükafatlı əmək haqqı sisteminə ayrılır.

Sadə vaxtamuzd sistemində fəhlənin əmək haqqının miqdarı onun sərf etdiyi faktiki vaxtın miqdarından və tarif maaşından asılıdır.

Aylıq sadə vaxtamuzd əmək haqqının hesablanması saatlıq tarif maşina və həmin ayda faktiki işlədiyi saatların miqdarına hesablanır:

Am= Sf X Ms ; Burada : Am – aylıq maaş;

Sf – saatlıq tarif maaşı

Ms – ay ərzində fəhlənin işlədiyi saatların miqdarı.

Vaxtamuzd- mükafatlı əmək haqqı sistemində vaxtamuzd fəhlənin əmək haqqı yalnız işlənilən vaxtın miqdarından və ixtisasından deyil, həm də işinin göstəricilərindən asılı olaraq verilən mükafatın həcmindən də asılıdır. Bu sistem vaxtamuzdçu fəhlələrə əmək məhsuldarığının yüksəldilməsinə, xammala, material resurslarına qənaət etmələrinə stimul yaradır.


Rəhbər işçilərin , mütəxəssslərin qulluqçuların əmək haqqının təşkili.

Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əmək haqqını təşkil edərkən əmək bölgüsü, birinci növbədə idarəetmə və istehsalata xidmətetmə funksiyası nəzərə alınmalıdır.Rəhbər işçilərinin , mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsi istehsalın ən vacib sahələrinə ixtisaslı kadrların cəlb olunmasını, müxtəlif qrup və kateqoriyadan olan bu kadrların əməyinin ödənilməsində zəruri nisbətlərin müxtəlifliyinin qoyulmasını və hər bir işçinin şəxsi maddi marağını təmin etməlidir.

Mühəndis- texniki işçilərin və qulluquların əmək haqqı iki hissədən ,sabit (Vəzifə maaşları) və dəyişən hissədən (mükafatlar) ibarətdir. Onların vəzifə maaşları dövlət tərəfindən vahid tarif dərəcələri üzrə təminatlı qaydada normalaşdırılır və bilavasitə əməyin nəticəsindən asılı olmur. Bundan fərqli olaraq mükafatlar müəyyən kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq verilir.

Əsas vəsaitlərin uçotu üzrə ilkin sənədlər

posted in: Uncategorized | 0

Forma N Sənədin adı Yüklə
Əsas vəsaitin istismara qəbul edilməsi haqqında AKT (yüklə – MS Excell – 19 KB)
  Əsas vəsaitin daxili yerdəyişməsi aktı (yüklə – MS Excell – 18 KB)
  Əsas vəsaitin inventar kartı (yüklə – MS Excell – 22 KB)
Forma N-1Q Əmlakın (qiymətlilərin) uçot kartı (yüklə – MS Excell – 17 KB)
Forma N-3Q Əmlakın (qiymətlilərin) ləğvi aktı (yüklə – MS Excell – 22 KB)
  Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktı (yüklə – MS Excell – 26 KB)
  Əsas vəsaitin təhvil-təslim aktı (yüklə – MS Excell – 28 KB)
  Forma 2 (yüklə – MS Word – 62 KB)
  Forma 3 (yüklə – MS Excell – 44 KB)

 

əsas vəsaitlərin uçotu üzrə ilkin sənədlər, esas vesaitlerin ucotu uzre ilkin senedler, ilkin senedler

Əsas vəsaitlərin uçotuna aid mühasibat yazılışlarının mənfəət vergisinin bəyannaməsi ilə uzlaşdırılması.

posted in: Uncategorized | 0

Əsas vəsaitlərin uçotuna aid mühasibat yazılışlarının mənfəət vergisinin bəyannaməsi ilə uzlaşdırılması.

Mənfəət vergisi bəyannaməsinin əlavəsində əsas vəsaitlər aşağıdakı kimi əks olunur:

Əsas vəsaitlərin uçota alınma dəyərləri barədə

 

Əsas vəsaitlərin dövr ərzində mədaxili

 

 

əsas vəsaitlərin uçotu, muhasibat ucotu nedir, muhasibat ucotu haqqinda, mühasibat uçotu pdf, esas vesaitlerin silinmesi, esas vesaitlerin amortizasiya, muhasibat ucotu nezeriyyesi, mühasibat uçotunun formaları

Əsas vəsaitlərin icarəsi

posted in: Uncategorized | 0

Müəssisədə təsərrüfat prosesi zamanı bir çox hallarda  digər müəssisələrdən icarəyə əsas vəsaitlər götürülür. Bu zaman əsas vəsaitlərin müəssisələrarası hərəkətinə nəzarət etmək üçün icarəyə götürülmüş əsas vəsaitlərin uçotundan istifadə olunur. İcarə dedikdə tərəflər arasında bağlanmış müqavilə əsasında, əvəzi ödənilməklə əsas vəsaitlərə müəyyən müddətə sahib olmaq və onlardan istifadə etməyin müəyyən edilməsi başa düşülür. Bunu da qeyd etmək lazımdır ki, icarəyə verənlə icarədar arasında bağlanmış müqavilədə icarəyə verilən əsas vəsaitin forması, əsas göstəriciləri. dəyəri, icarə vaxtı, icarə haqqının məbləği, tərəflərin icarəyə götürülən əmlakın təmiri və bərpa olunması ilə əlaqədar olan öhdəlikləri və s. göstərilməlidir.

Azərbaycan Respublikasında əmlakın icarəyə verilməsi qaydaları 30 aprel 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hazırda mövcud olan qanunvericiliyə görə icarənin aşağıdakı formalarından istifadə edilir:

  • müəssisənin icarəsi.
  • nəqliyyat vasitələrinin icarəsi
  • ayrıca obyektlərin və ya komplekslərin icarəsi sexlərin, istehsalatların icarəsi

Əsas vəsaiti icarəyə verən müəssisədə icarənin uçotu belə aparılır. Birincisi, Cari icarənin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara verilməsi qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra icarəyə verən əsas vəsaitin inventar kitabında qeydiyyat aparmaqla 01№-li “Əsas vəsaitlər” hesabı üzrə “Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi” subhesabını açmaqla müəssisənin daxilində aşağıdakı yazılış aparılır:

– Debet – «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabı

– Kredit 01 – «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı

Bundan anlaşılır ki, icarəyə verən müəssisə mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə hesablayır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də bu məsrəflər xərclərə aid edilmir və 80№-li «Mənfəət və zərər» hesabında əks etdirilir. Hesablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:

– Debet 80 – “Mənfəət və zərər”

– Kredit 02 – “Əsas vəsaitlərin köhnəlməsi”

Əsas vəsaiti icarəyə verən müəssisə üçün icarə haqqı həmin müəssisənin mənfəəti hesab olunur və ona görə do icarə haqqının hesablanması üçün aşağıdakı yazılış aparılır:

– Debet 76 – “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” – Kredit 80 – “Mənfəət və zərər”

Bundan    əlavə    mühasibatlıqda    03№-li    “Uzun    müddətə    icarəyə götürülmüş əsas vəsaitlər” hesabından geniş istifadə olunur. 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı müəssisələr tərəfindən     uzun     müddətə     icarəyə                  götürülmüş     əsas      vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

03-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı aşağıdakı  hesablarla müxabirləşdirilir:

DEBET ÜZRƏ KREDİT ÜZRƏ
97 İcarə öhdəlikləri 01 Əsas vəsaitlər
02 Əsas vəsaitlərin köhnəlməsi
97 İcarə öhdəlikləri