Orta əmək haqqı və onun hesablanması qaydası

posted in: Uncategorized | 0

Orta əmək haqqı  nədir?

İşçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.


Orta əmək haqqı necə hesablanır?

Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.


2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.


Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.


Orta əmək haqqının hesablanması qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.


Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əmək haqqından tutulmalar

posted in: Uncategorized | 0

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından tutulmalara yol verilən hallar və bunların icrası qaydası:

1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

Əmək haqqından bütün tutulmalar üzrə müxabirləşmələr 70 saylı hesabın debetində qeydə alınır.

Dt Kt Məbləğ Əməliyyatın məzmunu
70 68 10 000 Gəlir vergisinin tutulması
70 50 5 000 Əvvəlcədən avans kimi ödənmiş məbləğin tutulması
70 73.3 2 200 Müəssisəyə dəyən zərər üçün təqsirkar kimi işçidən tutulmalı оlan məbləğin tutulması
70 76 1 000 Alimentlərin tutulması
70 71 20 000 Vaxtında təhtəhhesab şəxslər tərəfindən qaytarılmamış məbləğlərin tutulması
70 73.2 220 İşçiyə verilən borclar və faizlərin tutulması
70 76 1 000 İşçinin razılığı əsasında üçüncü şəxslərin xeyrinə tutulmalar

 

əmək haqqından tutulmalar 2017, gəlir vergisi 2017, gəlir vergisinin hesablanması 2017, minimum əmək haqqı, müəllimlərin əmək haqqının hesablanması, emek haqqi cedveli, gəlir vergisinin hesablanması 2016, gelir vergisi nece hesablanir

Əmək haqqının hesablanması və ödənişinin uçotu

posted in: Uncategorized | 0

Əmək haqqının hesablanması işçilərin faktiki iş yerində vəzifə maaşına əsasən aparılır. Vəzifə maaşından müvafiq tutulmalar olduqdan sonra işçiyə çatacaq məbləğ müəyyən olunacaq. Bu tutulmalar məcburi könüllü ola bilər. İlkin olaraq adi bir şəxsin əmək haqqısının hesablanmasında olan əsas tutulmalara baxaq.

 

1) Əmək haqqından 14% həcmində fiziki şəxslərin gəlir vergisi tutulur.

Bu isə vəzifə maaşı 2500 manata qədər olan şəxslərdə ölkə üzrə yaşayış minimumu çıxıldıqdan sonra aparılır. 2016-cı il üçün ölkə üzrə yaşayış minimumu 136 manat həcmində müəyyən olunmuşdur. Vəzifə maaşı 2500 manatdan  çox olduqda isə 350 və əlavə olaraq 2500 manatdan çox olan hissənin 25%-i tutulur.

 

Məsələn:

a) Vəzifə maaşı 536 manat şəxs üçün gəlir vergisi aşağıdakı qaydada hesablanır:

(536-136)*14%=56. Bu şəxs üçün gəlir vergisi 56 manat təşkil edir.

 

b) Vəzifə maaşı 3000 manat olan şəxs üçün gəlir vergisi:

350+(3000-2500)*25% = 350+125=475 manat həcmində  tutulur.

 

2) Vəzifə maaşından 3% məcburi dövlət sosial sığorta ayırması tutulur.

a)  536*3%=16.08  manat     b)  3000*3%=90 manat

 

3) Adətən praktikada ən çox rast gəlinən könüllü tutulma isə 2% həcmində həmkarlar ittifaqına ayırmalar tutulur.

a) 536*2%= 10.72

b) 3000*2%=60 manat

 

*Bir məsələni də qeyd edək ki, fiziki şəxslərin əmək haqqından gəlir vergisi üzrə tutulmalar aparılması zamanı mövcud güzəşt və azadolmalar tətbiq olunan şəxslər vardır və bu kimi hallar Vergi məcəlləsi maddə 102 – fiziki şəxslərin gəlir vergisindən azadolmalar və güzəştlər bölməsinə uyğun olaraq tənzimlənir.

Əmək haqqının hesablanması 70-ci hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur. 

Dt Kt Məbləğ Əməliyyatın məzmunu
08 70 10 000 Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
10, 15 70 1 000 Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
20 70 20 000 Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması
23 70 2 200 Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
25 70 220 Ümumistehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
26 70 15 000 Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması
44 70 1 000 Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması

İşə qəbul üçün lazım olan sənədlər

posted in: Uncategorized | 0

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

  1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədivə dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)təqdim edir.
  2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.
  3. Məcburi köçkün,onlara bərabər tutulan şəxsvə ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
  4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
  5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.

  1. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Azərbaycan Respublikasının 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır.

  • Əməl münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamaya məcbur edilə bilməz.
  • On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.