Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

posted in: Xəbər | 0

Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Mənbə: report.az

Növbəti illər üçün gəlir vergisinin fərqli faiz dərəcəsi məlum oldu

“PAŞA Bank” biznes müştərilərinə “Tarifim” məhsulu ilə yeni imkanlar təqdim edir

posted in: Xəbər | 0

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta biznes sahiblərini dəstəkləmək və müştəri təcrübəsini təkmilləşdirmək istiqamətində təşəbbüslərini davam etdirir.

Bank kiçik və orta biznez seqmenti üçün təqdim etdiyi “Tarifim” məhsulunu yeni imkanlarla zənginləşdirib. İndiyə qədər ölkədaxili köçürmələr, beynəlxalq köçürmələr və valyuta mübadiləsi üzrə planlama və endirimli tariflərdən yararlanan sahibkarlar, artıq əməkhaqqı layihəsini də “Tarifim” vasitəsilə idarə edə biləcəklər.

Yeni imkan sayəsində biznes sahibləri 12 aylıq müddət ərzində əməkhaqqı ödənişlərinin məbləğini və əməkhaqqı kartlarının sayını əvvəlcədən planlayaraq, bu xidmətlərdən daha sərfəli şərtlərlə faydalana biləcəklər. Əməkhaqqı layihəsinə “Tarifim” ilə qoşulan bizneslər əlavə olaraq pulsuz korporativ biznes kartı və əməkhaqqı kartları da əldə edəcəklər.

Qeyd edək ki, “Tarifim” sahibkarlara planlı maliyyə idarəçiliyi imkanı yaradan innovativ məhsuldur. Müştəri əvvəlcədən planladığı köçürmə və əməliyyat həcmləri üzrə paketi 60%-dək endirimli komissiya ilə əldə edir və seçdiyi dövr ərzində həmin əməliyyatları sərfəli tariflərlə icra edir. Məhsulun əsas üstünlükləri standart tariflərlə müqayisədə endirimli qiymət, ödənişləri əvvəlcədən planlamaq imkanı və sahibkarın öz biznesinə uyğun fərdi tarif paketi yaratmaq imkanından ibarətdir.

Sərfəli köçürmələrdən yararlanmaq istəyən sahibkarlar linkə keçid edərək ətraflı məlumat əldə edə bilərlər: https://pshb.az/47uwbR1

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Video: “Anbar və ehtiyatların uçotu: FIFO, LIFO və orta maya dəyəri metodu”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Anbar və ehtiyatların uçotu: FIFO, LIFO və orta maya dəyəri metodu” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Şahin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

“Azərbaycan İnvestisiya Holdinqi Publik Hüquqi Şəxs”də Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri və eyni zamanda “SAPPORT MMC”də maliyyə meneceri vəzifəsində çalışır.

Daha öncə “Caspian Rail MMC”, “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Keçid edərək Şahin Qurbanovun tədris etdiyi ödənişli “Mühasibat uçotu + 1C”kursuna nəzər yetirə bilərsiniz.


“Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” dəyişib

posted in: Uncategorized | 0

Nazirlər Kabineti “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 10 gün müddətində qaytarılır. Bundan başqa, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 10 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. İndiyə qədər həmin müddətlər 20 gün idi.

Bundan başqa, dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 4 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İndiyə qədər həmin müddət 7 gün idi.

Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 3 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. İndiyə qədər həmin müddət 7 gün idi.

Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 1 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilir. İndiyə qədər həmin müddət 2 gün idi.

Mənbə: report.az

Növbəti illər üçün gəlir vergisinin fərqli faiz dərəcəsi məlum oldu

1 125 126 127 128 129 130 131 2. 402