Bu sahələrdə çalışanlar digər rayon və şəhərlərə gedə bilərlər

posted in: Xəbər | 0

Tədbirlər PlanıNazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının
alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli qərarına aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə
edilib:

“1.2-1. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət
göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3
nömrəli əlavəsi ilə tənzimlənir.”.

Qeyd edək ki, bu Qərara əsasən  5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq ediləcək

Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı

TƏLİMAT
1. Ümumi müddəalar

Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.

2. Şəxslərin hərəkətini zəruri edən hallar

2.1. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

2.1.1. kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

2.1.2. heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul),

satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

2.1.3. bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

2.1.4. gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

2.1.5. aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

2.1.6. heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

3. Hərəkətinə icazə verilən şəxslərin siyahısı
3.1. Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:

3.1.1. fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);

3.1.2. tədarükçülər və təchizatçılar;

3.1.3. aqronomlar;

3.1.4. baytar həkimlər;

3.1.5. zootexniklər;

3.1.6. süni mayalanma mütəxəssisləri;

3.1.7. mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);

3.1.8. mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);

3.1.9. bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.

3.2. Bu Təlimatın 3.1-ci bəndi il’ müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

4. Şəxslərin hərəkətinin təşkili

4.1. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.

4.2. Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:

4.2.1. olduğu kənd daxilində – sərbəst qaydada;

4.2.2. olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) – yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);

4.2.3. rayonlar arasında – mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);

4.2.4.Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).

4.3.Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

4.4.Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir.

4.5.Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4.6.Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər.

4.7.Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.

4.8.Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər.

4.9.Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

4.10.Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda fərdi sahibkarlara ayrılacaq məbləğ məlum oldu

posted in: Xəbər | 0

Fərdi sahibkarlar məbləğFərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği açıqlandı.


Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlar -a maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.

Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

Qeyd olunub ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə – əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 300 min nəfərə 80 milyon manat vəsait ayrılacaq.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kompensasiya məbləği və Muzdlu işçilərin sayı məlum oldu

posted in: Xəbər | 0
Kompensasiya məbləği MuzdluMuzdlu işçilərə maaş vermək üçün 215 milyon manat ayrılıb.
Bu il Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması) nəzərdə tutulub.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Bu məqsədlə, 215 milyon manat ayrılıb.
Mənbə: report.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi güzəştləri və tətillər veriləcək

posted in: Xəbər | 0

tətillər Vergi güzəştləriSahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətillər veriləcək.

Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulub:

– mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;

– əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;

– vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;

– mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;

– mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;

– pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;

– əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;

–  əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;

– epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;

– icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;

– ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;

– bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun