» » » Bələdiyyə vergiləri hansılardır?

Bələdiyyə vergiləri hansılardır?

posted in: Vergi | 0
birbank biznes

 

Bələdiyyə vergiləri

Bələdiyyə vergiləri dedikdə, Vergi Məcəlləsi ilə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrə ödənilən vergilər nəzərdə tutulur.

Bu bukletdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilən aşağıdakı vergilər barədə məlumat verilir:

  1. Fiziki şəxslərin torpaq vergisi;
  2. Fiziki şəxslərin əmlak vergisi;
  3. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  4. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.