» » » Baş mühasib beynəlxalq sertifikata malik olmalıdır – “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər ediləcək

Baş mühasib beynəlxalq sertifikata malik olmalıdır – “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

“Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən pulik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Maliyyə nazirinin müavini Emin Hüseynov bildirib ki, ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasib sertifikatına malik olmalıdırlar. Hazırda apardığımız ilkin hesablamalara əsasən, peşəkar mühasib tələb olunan təşkilatların sayı 10 mindən yuxarıdır. Nəticədə 10 min təşkilatda maliyyə hesabatı beynəlxalq satandartlara uyğun olacaqsa, 10 min baş mühasib tələb olunacaq. Bu proses mərhələli, qrafikə uyğun aparılacaq.

“İctimai əhəmiyyətli qurum beynəlxalq standartlara cavab verməlidir. Beynəlxalq satandartları tətbiq edəcək adamlar lazımdır. Bunun üçün də baş mühasib beynəlxalq pəşəkar mühasib sertifikatına malik olmalıdır”, – deyə o qeyd edib.

Biznes hesabi

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir. Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərədə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı maddələr ləğv edilib.

Eyni zamanda layihəyə mühasibat uçotunun aparılmasında dövlət nəzarətinin həyata keçirilməsi, mühasibat uçotu subyektlərinin bu qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılması ilə bağlı normalar daxil edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az