» » » Baş mühasib axtarılır

Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşəgötürən: Construction Company

Vəzifə: BAŞ MÜHASİB

Vəzifə öhdəlikləri:

  • Şirkətin uçot siyasətinin hazırlanması və təsdiq olunmaq üçün birbaşa rəhbərinə təqdim edilməsi;
  • Cəmiyyətin maliyyə və mühasibat uçotunda beynəlxalq və milli standartların işlənilmə və tətbiqində iştirak edilməsi;
  • Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi;
  • Əmək haqqı, debitor–kreditor borclar və sair hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
  • Şirkətin əmlakı və öhdəliklərinin inventarizasiyasının həyata keçirilməsi qaydalarının təmin olunması üzrə işə rəhbərlik edilməsi, əmlakın və öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələrin sənədləşdirilmiş şəkildə təsdiq olunmasının təmin edilməsi;
  • Əskikgəlmə, pul və mal-material qiymətlilərinin qeyri-əsassız xərclənməsi üzrə sənədlərin (akt, xidməti məlumat və s.)  tərtib olunmasında iştirak edilməsi;
  • Vergi orqanı, Dövlət Sosial Müdafiə Fondu və sair qurumlarla işin təşkil edilməsi;
  • Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin, ƏDV, Mənfəət-zərər, Muzdlu iş, Mənbədə vergi və digər hesabatların hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi;
  • Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasının təmin edilməsi, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmənin mühasibat arayışında qeyd edilməsi;
  • Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, onların yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsi;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasının həyata keçirilməsi;
  • Mühasibat sənədlərinin qorunmasının və müəyyən olunmuş qaydada arxivə verilməsinin təmin edilməsi;
  • Mühasiblər üzrə vəzifə bölgüsünün aparılması, onların vəzifə təlimatlarının tərtib edilməsi, həyata keçirilməsinə nəzarət edilməsi;
  • Şirkətin digər bölmə rəhbərlərinə və əməkdaşlarına mühasibat və vergi uçotu, nəzarət, hesabat və təsərrüfat fəaliyyətinin təhlili barədə metodik köməklik göstərilməsi;
  • Özü və tabeliyində olan işçilər tərəfindən müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;

Namizədə qoyulan tələblər:

  • Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
  • Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
  • Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
  • Beynəlxalq sertifikasiya arzuolunandır;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək humanresources866@gmail.com elektron ünvanına göndərməlidirlər.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az