» » » Baş Auditor tələb olunur

Baş Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0
birbank biznes

“ABTC” MMC – məsləhət və təlim xidmətləri şirkəti,  öz müştərisi üçün Baş Auditor vəzifəsinə müsabiqə elan edir.

Vəzifənin yerləşdiyi yer: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan qrup şirkətlərin fəaliyyətinin audit edilməsi;
  • Audit planlarının hazırlanması və icrası;
  • Qrup şirkətlərdə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər verilməsi;
  • Direktorlar Şurasının tapşırığı ilə qrup şirkətlərdə monitorinqlər aparılması;
  • Direktorlar Şurasının audit və daxili nəzarət sahəsində verdiyi tapşırıqların yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:

  • Ali iqtisadi təhsil;
  • Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən azı 3 il iş təcrübəsi;
  • CİA və COSO sertifikatları olan şəxslərə üstünlük verilir.

Vəzifənin xüsusiyyətləri:

• Vəzifə ölkədaxili və ölkəxarici ezamiyyələr tələb edir.

Email: office@abtc.az

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.