» » » Barter əməliyyatları zamanı hansı halda ƏDV əvəzləşdirilə bilər?

Barter əməliyyatları zamanı hansı halda ƏDV əvəzləşdirilə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Barter əməliyyatları əvəzləşdirilə bilərmi?

Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Bax: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az