» » » Bağlanmış bankların öhdəlikləri

Bağlanmış bankların öhdəlikləri

posted in: Bank, Xəbər | 0
birbank biznes

bağlanmış banklarİctimaiyyətdə maraq doğuran suallardan biri də fəaliyyətinə son qoyulmuş bankların əmanətçilər, kreditorlar və həmin banklardan məvacib alan digər qurumların işçiləri qarşısında öhdəlikləridir.

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, lisenziyası geri alınaraq bağlanmış banklar məcburi ləğv prosesində olan banklardır və prosedurlar “Banklar haqqında” Qanunun 59-cu və 71-ci maddələrinə əsasən həyata keçirilir. Bu halda, Mərkəzi Bank lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir. Fond da öz növbəsində bir sıra səlahiyyətləri, o cümlədən bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanunamüvafiq tədbirlər görür, kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün addımlar atır.

Fond bankın aktivləri üzrə zəruri tədbirləri görməklə yanaşı, kreditorlar qarşısında öhdəliklərin icrasına başlayır. Qanunun 82-ci maddəsi kreditorlar qarşısında öhdəliyin növbəliliyini müəyyənləşdirir. Həmin maddəyə əsasən, bağlanmış bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlilik qaydasında bölüşdürülür:

  • fiziki şəxslərin əmanətlərinin sığortalanması fondunun reqres hüququ üzrə tələblər;
  • iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən əməkhaqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
  • iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
  • bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
  • müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
  • bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər;
  • təminatsız kreditorların tələbləri.

Yuxarıda qeyd edilmiş ödənişlərdən sonra qalan vəsait (əgər qalarsa) bankın səhmdarlarının paylarına mütənasib surətdə onlara ödənilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun