» » » “Azericard”dakı texniki səhvə görə bank kartlarından əlavə pul silinib

“Azericard”dakı texniki səhvə görə bank kartlarından əlavə pul silinib

posted in: Xəbər | 0
birbank biznes

AzeriCard“AzeriCard” MMC-nin səhvi səbəbindən bəzi bankların plastik kartlarından vəsaitlərin silinməsi baş verib. Bu barədə bank müştərilərinə göndərilən mesajda bildirilir.

“Hörmətli müştəri, “Azericard” prosessinq mərkəzinin səhvi ilə bağlı 19 dekabrdan sonrakı kommunal ödənişləriniz 2 dəfə silinib. Səhv silinən məbləğ geri qaytarılacaq. Narahatlığa görə üzr istəyirik” – deyə xəbərdarlıqda bildirilir.

Verilən açıqlamada isə deyilir ki, prosessinq mərkəzində hər hansı problem aşkar edilməyib:

“Nəzərinizə çatdırmaq istəyirik ki, bu mesaj “Azericard“dan asılı olmayan səbəblərdən müştərilərə göndərilib. Araşdırmalar aparılır və tezliklə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
AzeriCard