» » » Azərbaycan ixracatçılarına maliyyə xidmətləri təklif olunacaq

Azərbaycan ixracatçılarına maliyyə xidmətləri təklif olunacaq

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan ixracatçıları Azexport.az portalı vasitəsilə istehsal etdikləri məhsulları dünyanın bir çox ölkələrinə ixracı zamanı faktorinq, akkreditiv, ixrac sığortası və digər maliyyə xidmətlərindən yararlana biləcəklər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) verilən məlumata görə, qeyd olunan xidmətlərin təklif olunması ilə bağlı müzakirələr İİTKM-lə Azərbaycan Beynəlxalq Bankı arasında aparıb.

Bankın idarə heyətinin sədri Abbas İbrahimov Mərkəzin həyata keçirdiyi bir sıra layihələrin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb. Beynəlxalq Bank ilə Mərkəz arasında yaxın gələcəkdə əməkdaşlığın baş tutacağını vurğulayıb.

Qeyd edək ki, görüşdə Azexport.az, EnterpriseAzerbaijan, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ilə Beynəlxalq Bank arasında mövcud ola biləcək birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
maliyyə