» » » Avtoyuma məntəqələrində kassa aparatı quraşdırılmalıdırmı?

Avtoyuma məntəqələrində kassa aparatı quraşdırılmalıdırmı?

posted in: Xəbər | 0
birbank biznes

nəzarət-kassa aparatıAvtoyuma məntəqəsinə avtomobilin yuyulması üçün gələn müştəriyə ödədiyi məbləğ üçün nəzarət-kassa çeki verilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.

Qeyd olunanlara əsasən, avtoyuma xidməti nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı ilə aparılması məcburi olan fəaliyyət növlərinə aid edilməmişdir.

Sorğuda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və xüsusi lisenziya almış mətbəələrdə sifariş edilmiş ilkin uçot sənədi hesab edilən mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 15-ci və 16-cı maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

Mənbə: vergiler.az