» » » 2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası

2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası

posted in: Xəbər | 0
birbank biznes

2023-cü il üçün əməkhaqqı fondu, işəgötürənin öhdəlikləri 2023, işəgötürənin öhdəlikləri,Bu yazımızda 2023-cü il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildə olduğu kimi 2023-cü ildə də dəyişiklik olmayacağını deməyə əsas verir.

Beləliklə 2023-cü ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı

Göstərilənləri nəzərə alaraq 2023-cü il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı minimum aylıq əməkhaqqına bərabər – 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

44+15+1.5+6=66.5 AZN

İşəgötürənin 300 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 66.5 AZN (2021-ci ildə 55,25 AZN) olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5

44+1185+40.5+160.5=1430 AZN

İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

66+1.5+6= 73.5 AZN

İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 73.5 AZN olacaq

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əməkhaqqısı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.


Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası