» » » Dünyanın ən böyük avtomobil icarə şirkəti koronavirus səbəbiylə iflas etdi

Dünyanın ən böyük avtomobil icarə şirkəti koronavirus səbəbiylə iflas etdi

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən böyük avtomobil icarə şirkəti koronavirus səbəbiylə iflas etdi

avtomobil icarə şirkəti iflasAvtomobil icarəsi ilə məşğul olan dünyanın ən böyük şirkətlərindən biri olan ABŞ-ın Hertz şirkəti, koronavirus pandemiyası ilə əlaqəli böhran səbəbi ilə iflas olduğunu bəyan edib. Bu haqda Reuters agentiyinə istinadən RİA Novosti agentliyi məlumat verib.

“Hertz Global Holdings və onun ABŞ və Kanadadakı törəmə şirkətləri İflas Məcəlləsinin 11-ci fəslinə uyğun olaraq yenidən təşkili üçün iflas məhkəməsinə könüllü olaraq ərizə ilə müraciət etmişlər”, – sözügedən agentlik şirkətin bəyanatından sitat gətirib.

Bəyanatda pandemiyanın gəlirlərin kəskin azalmasına və sifarişlərin azalmasına səbəb olduğu izah edilir. Eyni zamanda, şirkət yenidən təşkil olunmasına baxmayaraq, bütün ofis və meydançaların müştərilərə xidmət göstərməkdə davam etdirdiyini bildirib.

Mayın 20-də isə xəbər verilmişdi ki, Almaniya iqtisadiyyatını 2020-ci ildə rekord eniş gözləyir. Almaniyanın əksər şirkətləri artıq müflisləşmə astanasındadırlar. Almaniya ticarət-sənaye palatalarının Federal birliyinin məlumatında artıq bunu təsdiq edirlər. Proqnoza görə itkilərin faizi ÜDM-də ikirəqəmli say ilə ifadə olunacaq.

İsveç də İkinci dünya müharibəsindən bəri rekod iqtisadi böhrana hazırlaşır. Ölkənin maliyyə naziri Maqdelena Anderson bəyan edib ki, Skandinaviyanın ən nəhəng iqtisadiyyatı bu il ərzində yeddi faiz azalacaq. Onun bu bəyanatından qısa müddət sonra İsveçdə artan işsizlik fonunda kreditləşmədə 30 dəfə rekord bir artım yaşanıb. Sorğuların nəticələrinə görə, xidmət sahəsindəki müəssisələrin 40 faizi müflisləşmədən ehtiyatlanır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun