» » » Avropa İttifaqı elektron ticarət üçün yeni ƏDV qaydalarını təsdiqləyib

Avropa İttifaqı elektron ticarət üçün yeni ƏDV qaydalarını təsdiqləyib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Avropa İttifaqının iqtisadiyyat və maliyyə nazirlərinin təsdiq etdikləri qaydalar mal və xidmətlərin online alınması zamanı əlavə dəyər vergisinin yığılmasının asanlaşdırılmasına şərait yaradır.

Yeni qaydalar ƏDV-nin məsafədən qeydiyyata alınması üçün Aİ-nin “vahid pəncərə”sini genişləndirir, quruma daxil olmayan ölkələrdən alınan və qiyməti 150 avrodan artıq əməliyyatlar üçün yeni portal yaradılır. Aİ Şurasının şərhinə görə, bu dəyişiklik hər bir üzv dövlətdəki internet provayderlərinin ƏDV qeydiyyatından yayınmasının qarşısını almağa imkan verəcək. Aİ-nin açıqladığı statistikada göstərilir ki, yeni qaydalar əsasında yaranan öhdəliklərdən irəli gələrək şirkətlər mal və xidmətləri satdıqları hər bir Aİ ölkəsində 8000 avro xərcləyəcəklər. Bu norma şirkətlərə 2,3 milyard avroya qənaət etməyə şərait yaradacaq və üzv dövlətlərin ƏDV yığımını ümumilikdə 7 milyard avro artıracaq.

Bundan əlavə, yeni qaydaların izahına əsasən, ƏDV alıcı ölkədə ödəniləcək və online platformalara onu məsafədə həyata keçirilmiş tranzaksiyalardan tutmağa imkan verəcək. Digər tərəfdənsə, kiçik biznes subyektləri üçün şərtlər sadələşdirilir, startaplar və dəyəri 10 min avrodan az olan transsərhəd əməliyyatları isə əvvəlki kimi yerli qanunvericiliklə tənzimlənəcək.

Nəhayət, sui-istifadənin qarşısının alınması məqsədilə Aİ-dən kənardakı ölkələrdən dəyəri 22 mindən az olan kiçik məbləğli alışlar üçün tətbiq olunan istisna ləğv edilir: Aİ ölkələrindən idxal olunan və ƏDV tutulmayan malların illik məbləği, bu istisnaya görə 150 milyon avroya çatır.

Avropa Birliyinin iqtisadi və valyuta məsələlərinə məsul şəxs Pyer Moskovisi qeyd etmişdir ki, üzv ölkələrə aid olmayan şirkətlər “Avropa istehlakçılarına həm birbaşa, həm də online platformalar vasitəsilə satışlar üçün güzəştli rejimdən istifadə edə bilməyəcəklər”

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.