» » » Avropa banklarını çətin günlər gözləyir

Avropa banklarını çətin günlər gözləyir

posted in: Xəbər | 0
birbank biznes

Avropa banklarını çətin günlər gözləyir

Avropa banklarıAvropa Mərkəzi Bankı (AMB) ənənəvi maliyyə sabitliyi icmalında ən azıdan gələn il üçün avrozonadakı kommersiya bankları üçün çətin dövrlər proqnozlaşdırır. Sözgedən sənəd tənzimləyicinin saytında dərc olunub.

AMB-nin qiymətləndirməsinə görə, bank sektorunun mənfəətinin ötən ilin səviyyəsinə qədər bərpa edilməsi, 2022-ci ildən əvvəl mümkün olan deyil. Bu isə öz növbəsində, bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək, çünki kreditləşmə potensialını azaldacaq.

2020-ci ilin nəticələrinə görə, xalis mənfəətin səhmdar kapitalının həcminə nisbəti kimi hesablanan şəxsi kapitalın rentabelliyi (ŞKR) ötən ilki 6 faizə qarşı cəmi 1,7 faiz təşkil edə bilər. Daha sonra o, tədricən bərpa olunmağa başlayacaq – 2021-ci ildə 3,1 faizə qədər və 2022-ci ildə 5 faizə qədər.

Bununla yanaşı, bu son proqnoz deyil və Avropa ölkələri tərəfindən yeni məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən azalmaya doğru yenidən baxıla bilər.

Bank sektoru borc bazarında faiz dərəcələrinin artırılması şərtilə özünü daha inamlı hiss edə bilərdi, lakin yaxın gələcəkdə bu, mümkün deyil, çünki bir çox ölkələrin tənzimləyiciləri kimi, AMB yeni ucuz kreditlər vasitəsilə iqtisadiyyatı stimullaşdırmaq üçün yumşaq pul-kredit siyasətinə riayət edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun