» » » Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci ilin nəticələri üzrə “Auditorların reytinq cədvəli”ndə yer tutmuş auditor təşkilatlarına və sərbəst auditorlara diplomların təqdimetmə mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci ilin nəticələri üzrə “Auditorların reytinq cədvəli”ndə yer tutmuş auditor təşkilatlarına və sərbəst auditorlara diplomların təqdimetmə mərasimi keçirilmişdir

posted in: Xəbər | 0
birbank biznes

Auditorlar PalatasıAzərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 1.10-cu “2020-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi” bəndinin icrası ilə əlaqədar  və  Auditorlar Palatası Şurasının 2014-cü il 27 dekabr tarixli 259/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda”ya əsasən 2020-ci ilin nəticələri üzrə auditor təşkilatları və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi ilə əlaqədar “Auditorların reytinq cədvəli” hazırlanmış və Palata Şurasının 2021-ci il 5 may tarixli 330/1 saylı Qərarı ilə təsdiq edilmişdir.

Auditorlar Palatasında Qaydaya uyğun olaraq reytinq cədvəlləri “Böyük dördlük”, “Beynəlxalq şəbəkə təşkilatlarının ticarət nişanından istifadə edən auditor təşkilatları”, “Yerli auditor təşkilatları”, “Sərbəst auditorlar” üzrə ayrıca tərtib edilmişdir.

2021-ci il 17 iyun tarixində 2020-ci ilin nəticələri üzrə reytinq cədvəlində hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş Palatanın üzvlərinə diplomların təqdimedilməsi mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov ilk öncə tədbir iştirakçılarını Palatanın rəhbərliyi adından salamladı və 2020-ci ilin nəticələri üzrə reytinq cədvəlində ilk 3 yerləri tutmuş Palatanın üzvlərini təbrik etdi və onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. S.Gülməmmədov bildirdi ki, üzvlərimiz arasında reytinq səviyyəsi müəyyən edilərkən meyar göstəricilər, orta müqavilə məbləği, göstərilmiş auditor xidmətinin həcmi, məcburi auditlə bağlı olmayan müqavilələrin sayı, sərbəst auditorlar və auditor təşkilatlarının orta müqavilə məbləği əsas götürülmüşdür. Reytinqin hesablanma metodikası isə göstərilmiş auditor xidmətinin həcminin hər min manatına 3 bal, orta müqavilə məbləğinin hər min manatına 2 bal, məcburi auditlə bağlı olmayan hər bir müqavilənin sayına 2 bal, hər bir reytinq subyektinin orta müqavilə məbləğindən az (çox) olduğu halda göstərilmiş auditor xidmətinin həcminə və məcburi auditdə bağlı olmayan müqaviləyə görə hesablanmış balların cəmi onların nisbəti həcmində azaldılır (artırılır) qaydasında hesablanmışdır.

Eyni zamanda S.Gülməmmədov bildirdi ki, Qaydaya uyğun olaraq auditor (auditor təşkilatı) barəsində sifarişçi təsərrüfat subyektindən və ya 3-cü şəxsdən Palataya daxil olmuş hər bir haqlı şikayətə görə reytinq 5 bal azaldılır. Ona görə də, Palatanın hər bir üzvü Palata Şurasının təsdiq etdiyi Qaydaya uyğun olaraq, ilin yekununa görə şəffaf qaydada öz reytinq səviyyəsini hesablaya və hansı yerə layiq görüldüyünü müəyyən edə bilər.

Sonra reytinq cədvəlində kateqoriyalar üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş Palatanın üzvlərinə diplomlar təqdim edildi.

2020-Cİ İLİN NƏTİCƏLƏRİ ÜZRƏ AUDİTOR TƏŞKİLATLARININ VƏ SƏRBƏST AUDİTORLARIN REYTİNQ CƏDVƏLİ

“BÖYÜK DÖRDLÜK” ÜZRƏ

Sıra№si Auditor təşkilatının adı
1. “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı
2. “PRAYSVOTERHAUSKUPERS AUDİT AZƏRBAYCAN” məhdud məsuliyyətli cəmiyyəti
3. “KPMC Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti

XARİCİ HÜQUQİ ŞƏXSLƏRİN TİCARƏT NİŞANINDAN İSTİFADƏ EDƏN AUDİTOR TƏŞKİLATLARI ÜZRƏ

Sıra№si Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən Auditor təşkilatının adı
1. “PKF Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti
2. “Baker Tilly Audit Azərbaycan” qapalı səhmdar cəmiyyəti
3. “Caspian Business Consultants” məhdud məsuliyyətli cəmiyyəti

YERLİ AUDİTOR TƏŞKİLATLARI ÜZRƏ

Sıra№si Auditor təşkilatının adı
1. “Grovv Audit and Consulting” məhdud məsuliyyətli cəmiyyəti
2. “INTERAUDİTSERVİCE” məhdud məsuliyyətli cəmiyyəti
3. “Caspian Consulting and Partners” məhdud məsuliyyətli cəmiyyəti

SƏRBƏST AUDITORLAR ÜZRƏ

Sıra№si         Sərbəst auditorların soyadı, adı və atasının adı
1. Rzayev  Akif  Məlik oğlu
2. Axundov  Vaqif  Xəlil oğlu
3. Rzayev Orxan Rza oğlu

Tədbirdə “Baker Tilly Audit Azərbaycan” QSC-nin idarəedici partnyoru Ziya İbrahimov, “Caspian Consulting and Partners” MMC-nin  direktoru-auditor Elnurə Abdinova və “PKF Audit Azərbaycan” MMC-nin təsisçisi Fikrət Hüseynzadə çıxış etdilər, Auditorlar Palatası tərəfindən ilin yükununa görə şəffaf qaydada tərtib edilmiş reytinq cədvəlində tutduqları yerlərə görə Palatanın rəhbərliyinə xüsusən də Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru, professor Vahid Novruzova öz minnətdarlıqlarını bildirdilər və gələcək işlərində bu diplomlara görə daha da məsuliyyətli çalışacaqlarına söz verdilər. Tədbirin sonunda S.Gülməmmədov bir daha bu münasibətlə iştirakçıları təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.     

Mənbə: audit.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun