» » » Auditorlar Palatası ixtisasartırma kurslarını tədris etmək üçün müəllimlər axtarır

Auditorlar Palatası ixtisasartırma kurslarını tədris etmək üçün müəllimlər axtarır

posted in: Xəbər | 0
birbank biznes

Auditorlar Palatası ixtisasartırma kurslarını tədris etmək üçün müəllimlər axtarır.

Auditorlar Palatası

ELAN
Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2019-cu il 3 may tarixli 310/6 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditorların ixtisasartırma kurslarının təşkili üzrə Qaydalar”ın VII bölməsinə müvafiq olaraq, ixtisasartırma kurslarını tədris etmək üçün müəllimlərin seçiminə başlanmışdır.

Müsabiqədə aşağıdakı meyarlara cavab verən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər:

Fiziki şəxslər üçün- iqtisadi və hüquq ixtisasları üzrə ali təhsil; audit, mühasibat uçotu, maliyyə təhlili, vergiqoyma və maliyyə hüququ üzrə ən azı 3 il mühazirə aparmaq və auditorların ixtisasartırma proqramları, mühazirələrin tezislərinin və praktik məşğələlərin materiallarının işlənib hazırlanması üzrə təcrübəsi olanlar,  yüksək peşəkarlığını təsdiq edən peşə sertifikatlarına (CAP, CİPA, DipİFR, CPA, ACCA), habelə ölkədə fəaliyyət göstərən və Auditorlar Palatası ilə birgə ixtisasartırma kursları təşkil edən beynəlxalq tədris mərkəzlərinin sertifikatlarına malik olan şəxslər.

Hüquqi şəxslər üçün – ştatında olan və ya cəlb etdiyi müəllimlərin yuxarıda göstərilən meyarlara cavab verməsi; I və II kursların keçirilməsi üçün maddi texniki bazası mövcud olanlar.

Müsabiqədə iştirak etmək istəyənlər Auditorlar Palatasına aşağıdakı sənədləri və məlumatları təqdim etməlidirlər:

– müsabiqədə iştirak etmək üçün ərizə;

– dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti (hüquqi şəxslər üçün);

– fərdi sahibkar qismində dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti və ya tədris fəaliyyətinə dair patent (fiziki şəxslər üçün);

– əmək kitabçasının surəti;

– mühazirələrin tezisləri;

– müəllimlərin müvafiq qaydada doldurulmuş anketi;

– kursların keçirilməsi üçün ən azı 25-30 auditor üçün maddi texniki bazasının mövcudluğu haqqında məlumat.

Sənədlər möhürlənmiş zərfdə təqdim edilməlidir.

 Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; Əlaqələndirici şəxs: Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbuodva, tel.: (+99412) 564-80-62; mob.: 051-921-25-25, e-mail: audit-azerbaijan@audit.gov.az   

Mənbə: www.audit.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.