» » » Auditorlar Palatası beynəlxalq tədbirə dəvət olunub

Auditorlar Palatası beynəlxalq tədbirə dəvət olunub

posted in: Xəbər | 0
birbank biznes

Auditorlar PalatasıAuditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn işgüzar görüş keçirilib.

Məlumata görə, görüşdə qurumun sədri Vahid Novruzov, onun müşaviri Fəqan Qarayev və EFAA-nın prezidenti Salvador Marin iştirak ediblər. Qonaq V.Novruzova Palatanın EFAA-nın təşkil etdiyi beynəlxalq tədbirlərdə yaxından iştirak etdiyinə, qurumun Audit, Mühasibatlıq və Rəqəmsallaşma üzrə Ekspert Qruplarında təmsil olunduğuna, audit və mühasib peşəsinin inkişafına öz önəmli töhfəsini verdiyinə görə təşəkkürünü bildirib, ümumilikdə EFAA-nın tamhüquqlu üzvü olan Palatanın fəaliyyətini yüksək qiymətləndirib.

O, EFAA-nın qarşıdakı 2 ili əhatə edən strateji planından bəhs edib və hər iki qurumun rəhbəri gələcək əməkdaşlığın inkişafından danışıblar. Daha sonra S.Marin V.Novruzovu EFAA-nın 2021-ci il 25 iyun tarixində keçiriləcək İllik Ümumi İclasında iştirak etməyə dəvət edib.

Sonda V.Novruzov koronavirus (COVID-19) pandemiyas; dövründə auditin qarşısında duran vəzifələrdən, ölkə prezidentinin rəhbərliyi altında iqtisadi inkişafın dayanıqlılığı, şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində aparılan uğurlu islahatlardan və bu sahədə auditin əhəmiyyətindən bəhs edib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun