» » » Auditor tələb olunur

Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0
birbank biznes

Capital AN Consulting MMC Auditor axtarır.

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • İş təcrübəsi minimum 2 il;
  • Təhlil aparmaq bacarığı;
  • Təşəbbüskar olmalı;
  • Qərar vermə qabiliyyətinin olması;
  • Ünsiyyətcil və komanda ilə işləmə bacarığı;
  • Kompüterdə sərbəst işləmə bacarığı (word, excel);
  • Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək,
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və Audit Standartları haqqında anlayış;
  • Risklərin idarə olunmasına dair biliklərə malik olmaq;
  • Audit nəticələri, verilmiş tövsiyələrlə bağlı hesabatların hazırlanması və yazılması bacarığı;
  • İnkişafa meyilli olmalı;
  • Məsuliyyətli və diqqətli olmalı.

İş barəsində:

  • Hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması;
  • Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət;
  • Audit planları və proqramları əsasında  audit yoxlamalarını aparmaq, nöqsan və çatışmazlıqlar haqqında hesabatlar, rəylər və onların aradan qaldırılması barədə tövsiyələr hazırlamaq;
  • Audit olunan sahələrdə mövcud riskləri müəyyən etməli və onların təhlilini aparmalı.

İş qrafiki: Həftədə 5 gün (Şənbə, Bazar – istirahət günləri), saat 09.00-dan 18.00-dək

E-mail: elnur1980.80@mail.ru

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.