» » » Artıq ödəmədən müəssisənin digər vergi öhdəliklərinin əvəzləşdirilməsi hansı ardıcıllıqla aparılmalıdır?

Artıq ödəmədən müəssisənin digər vergi öhdəliklərinin əvəzləşdirilməsi hansı ardıcıllıqla aparılmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiSual: Müəssisə gömrük vasitəsi ilə mal idxal edir və elektron qaydada əvəzləşmə aparılır, həmçinin satış həyata keçirilir. Müəssisənin şəxsi vərəqəsində idxal əməliyyatı nəticəsində artıq ödəmə yaranır. Yaranmış artıq ödəmədən müəssisənin digər vergi öhdəliklərinin əvəzləşdirilməsi hansı ardıcıllıqla aparılmalıdır? Bunun qanunvericilikdə necə tənzimlənməsinin izahını xahiş edirəm göstərəsiniz.

Cavab: Bildiririk ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan ƏDV ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Digər ƏDV ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır. Sözügedən ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.

Tərəfinizdən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb edilə bilər.

Vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda qeyd edilənləri nəzərə alaraq İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən uçotda olduğunuz vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasi barədə Ərizə” forması ilə (http://vn.taxes.gov.az/beyanname/48erize.pdf) elektron qaydada, poçt və ya uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsi ilə kağız daşıyıcısında müraciət edə bilərsiniz.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və 179-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.