» » » Ailə üzvündən daşınmaz əmlakın alınması vergiyə cəlb edilir?

Ailə üzvündən daşınmaz əmlakın alınması vergiyə cəlb edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Ailə üzvündən daşınmaz əmlak alınması vergiyə cəlb edilir?

Sual:
Sualım daşınmaz əmlakın satışı zamanı tutulan vergi barəsindədir. Əgər mən hər hansısa mənzili (yaşayış sahəsini) ailə üzvümdən hədiyyə almışamsa və indi həmin mənzili satıramsa məndən mənzilin satışı zamanı vergi tutulacaqdırmı? Təşəkkür edirəm!
Cavab:

Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir.

Bax: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.