» » » Agentin həyata keçirdiyi əməliyyatlar

Agentin həyata keçirdiyi əməliyyatlar

posted in: Xəbər | 0
birbank biznes

AgentTuragent ƏDV ödəyicisi deyil, lakin vəkalət verən (digər şəxs) ƏDV-nin məqsədləri üçün qeydiyyatdadır. Aviabiletlərin satışına görə alıcılara elektron qaimə-faktura təqdim etməlidirmi? Agent

Vergilər Naziriliyinin şərhində göstərilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, agent digər şəxsdən qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına “komisyonçu tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura” təqdim edir.

Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda alıcı tərəfindən alınmış malların dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda, agent tərəfindən həmin malların alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir.

Qeyd olunanlara əsasən, malların alıcısı agentdən, yəni sizdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalət verənə) malların dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödədiyi halda, ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Agent