» » » Koronavirusdan sonra ABŞ iqtisadi yüksəliş vəd edib

Koronavirusdan sonra ABŞ iqtisadi yüksəliş vəd edib

posted in: Xəbər | 0
birbank biznes

ABŞBeynəlxalq valyuta fondu (BVF) Dünya bankı ilə növbəti sammit üçün koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri ilə bağlı proqnozunu tam şəkildə dəyişdirib, VTimes nəşri belə yazıb.

Ötən ilin oktyabr ayında təşkilat hesab edirdi ki, böhran planetin bütün əhalisinin həyat səviyyəsinə böyük ziyan vuracaq, özü də uzunmüddətli və qeyri-bərabər bir bərpa dövrü yaşanacaq. Üstündən yarım il ötdükdən sonra BVF etiraf edib ki, problemlər başlıca olaraq inkişaf etməkdə olan ölkələrə toxunacaq.

Fondun ekspertlərinin fikrincə, 2024-cü ildə ABŞ iqtisadiyyatı pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən daha yüksək səviyyəyə qalxacaq. Digər inkişaf etmiş ölkələrin əksəriyyətində isə yalnız kiçik problemlər qalacaqdır.

Gözləntilərin belə radikal şəkildə yenidən nəzərdən keçirilməsi üçün bir neçə səbəb var. BVF-də üç əsas gözləntini göstəriblər və həmin gözləntilərdən birincisi inkişaf etmiş ölkələrin adaptasiya qabiliyyətinə aiddir. Artıq ikinci dalğa zamanı onlar karantin tədbirlərinin həyata keçirilməsində iqtisadiyyatın itkilərini əhəmiyyətli dərəcədə azalda bilmişlər.

İkinci səbəb kimi Şimali Amerika, Avropa və Yaponiya kimi ölkələrin öz iş yerlərini itirmiş vətəndaşlara göstərdiyi əhəmiyyətli dəstəyi qeyd etmək olar. BVF-nin icraçı-direktoru Kristalina Georgiyeva hesab edir ki, əgər bu dəstək olmasaydı, yenidən Böyük depressiyadan söhbət gedə bilərdi. Və nəhayət, vaksinlərin ortaya çıxması, yaxın vaxtlarda dünyanın normal həyat axarına qayıda biləcəyinə ümid verir.

İnkişaf etməkdə olan ölkələr isə əhəmiyyətli şəkildə geridə qalacaqlar. Onlar vətəndaşları gəlir itkisi ilə bağlı problemlərdən tam şəkildə qoruya bilməmişlər, həmin ölkələrdə səhiyyə sisteminin effektivliyi də çox aşağıdır və peyvəndləmə daha çox zəif gedir. Yaxın illrədə əlavə olaraq vəziyyət daha da çətinləşə bilər, çünki sərmayədarlar bərpa olunan inkişaf etmiş ölkələrə vəsait yatırmağa çalışacaqlar ki, bu da kapital axınına gətirib çıxaracaqdır.

Bununla birlikdə UniCredit bankının baş iqtisadçısı Eric Nilsen və bəzi digər mütəxəssislər, mövcud nikbinliyin altı ay əvvəlki bədbinlik qədər, hədddən ziyadə olacağını gözləyirlər. Axı, virusun yenidən baş vermə riski hələ də qalmaqdadır, Çinlə ticarət qarşıdurmaları da yeni səviyyəyə çata bilər, bütün bunlar isə dünya iqtisadiyyatını yenidən qızma həddinə çatdıra bilər.