Vəzifə: Maliyyə Menecmenti departamentinin Büdcə, İFRS hesabatlılıq və Uçot şöbələrində yay dövrü üçün təcrübəçi (intern)
Vəzifə öhdəlikləri:
- Qeyd olunan şöbələrdə gündəlik işlərin görülməsi;
- Verilənlərin təhlil üçün yaralı hala salınması;
- Hesabatların hazırlanması;
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, kredit, iqtisadiyyat);
- Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması (SQL və Macros bilənlərə üstünlük verilir)
- ACCA , CIMA və digər tanınmış sertifikatlar üzrə imtahanlara hazırlaşanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq
- Təcrübənin sonunda iş təklifi almaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyun 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: www.ibar.az