» » » 900 manat məvaciblə mühasib tələb olunur

900 manat məvaciblə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

İşəgötürən: HR Recruitment Team

İş barədə məlumat:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
  • Təhtəl hesab, balans, avans hesabatının aparılması
  • Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
  • Hesab və elektron qaimə-fakturaların yazılması
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı
  • Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
  • Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
  • Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
  • İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməsi mütləqdir
  • Mühasibatlıq sahəsində ən az 2 il təcrübə
  • Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər
  • MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Şəhər: Bakı
  • Yaş: minimum 23 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Telefon: (012) 449-67-93
  • Əmək haqqı: 700-900 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını manager.recruitret@gmail.com elektron ünvanına göndərmək xahiş olunur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az