» » » Dünyada son 80 ilin ən pis iqtisadi böhranı proqnozlaşdırılıb

Dünyada son 80 ilin ən pis iqtisadi böhranı proqnozlaşdırılıb

posted in: Xəbər | 0
birbank biznes

Dünyada son 80 ilin ən pis iqtisadi böhranı proqnozlaşdırılıb

iqtisadi böhranKoronavirus pandemiyasının nəticələrinə görə dünya 80 ildə ən pis iqtisadi tənəzzüllə üzləşə bilər. Bu barədə BMT-nin baş katibi Antonio Quterrişin sözlərinə istinadən TASS agentliyi yazıb.

O, pandemiyanın nəticələrindən gələn sosial və iqtisadi ziyan olduqca böyükdür və həmin ziyanı aradan qaldıra biləcək bir peyvənd olmadığını söyləyib. Quterriş həmçinin yoxsulluq və aclıq təhlükəsinin də artacağını proqnozlaşdırıb. BMT rəhbəri əmindir ki, bu vəziyyətin səbəbi bərabərsizlik və cəmiyyətin ədalətsiz şəkildə qurulmasıdır. Quterriş hesab edir ki, hökumətlər bu qlobal təhlükəyə birlikdə cavab verə bilməyiblər.

Bundan əvvəl BMT-nin ərzaq üzrə rəhbəri Devid Bisli milyarderləri və müəssisələri bu il bütün dünyada aclıqdan ölmək riski altında olan 30 milyon insanı xilas etməyə yardım etməyə çağırıb.

32 milyondan çox insan koronavirus pandemiyasına görə həddindən artıq yoxsulluq içində ola bilər. Bunlar gün ərzində 1,9 dollardan az məbləğlə yaşayan insanlardır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun