» » » 600 manat məvaciblə mühasib tələb olunur

600 manat məvaciblə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

Hi-Tech Solutions 600 manat məvaciblə mühasib axtarır.

İş barədə məlumat:

– Mühasibat , Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə: 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Qadın namizəd
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C proqramında sərbəst işləmək təcrübəsi
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

Əmək haqqı: 500-600 AZN

Yaş: 30 – 40 yaş

Əlaqədar şəxs: HR Menecer

Telefon: (012) 441-43-61

Email: hr@hitech.az

Mənbə: boss.az