» » » 2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

posted in: Xəbər | 0
birbank biznes

əməkhaqqından tutulmalar, Mühasibat uçotu2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi əməkhaqqıdan hansı tutulmaların olması barədə yazını təqdim edirik.

2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əməkhaqqısı olanlar üzrə 50%-lik güzəşt ləğv ediləcək.

Beləliklə 2022-ci ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

– gəlir vergisi

– məcburi dövlət sosial sığorta haqqı

– işsizlikdən sığorta haqqı

– icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissəsinin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% idi), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Beləliklə hesablanma formasını təqdim edirik:

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)
  2. b) sosial sığorta haqqı – 250 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN

  1. c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
  2. d) icbari tibbi sığorta haqqı – 2% = 5 AZN

250-(0+11+1.25+5)=250-17.25=232.75

Netto məbləğ 232.75 AZN olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

  1. a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

  1. b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

  1. c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
  2. d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN

Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

250-200=50

50-in 14%-i=7 AZN

  1. b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN
  2. c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
  3. d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25

Netto məbləğ 229.25 AZN olacaq.

2.3) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

  1. a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

  1. b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN
  2. c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
  3. d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq.

Əlavə olaraq 2022-ci il üçün minimum aylıq əməkhaqqının 300 AZN olması barədə düzəlişlər ediləcəyi halda hesablamanı təqdim edirik.

1.3) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)
  2. b) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN

  1. c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
  2. d) icbari tibbi sığorta haqqı – 2% = 6 AZN

250-(0+16+1.5+6)=300-23.5=276.5

Netto məbləğ 276.5 AZN olacaq.

2.3) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

300-200=100

100-ün 14%-i=14 AZN

  1. b) sosial sığorta haqqı – 300 AZN-in 3%-i = 9 AZN
  2. c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
  3. d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5

Netto məbləğ 269.5 AZN olacaq.


Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

Vergi Məcəlləsi

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda mövcud hesablama olacaqdır.


Müəllif: Praktiki Hüquqşünas: Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun